Dünya

Fransanın yeganə aviadaşıyıcısı Aralıq dənizinə yönəldi

02 Mar 2026, 02:51 2 baxış
Fransanın yeganə aviadaşıyıcısı Aralıq dənizinə yönəldi
Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus yeganə aviadaşıyıcı - "Şarl de Qoll" (R91) gəmisi hücum qrupu ilə birlikdə Şərqi Aralıq dənizinə istiqamət alıb. Oxu.Az xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb. Hazırda aviadaşıyıcı Baltik dənizindədir. Gəmi yanvar ayından etibarən genişmiqyaslı müharibə ssenarisini imitasiya edən yüksəkintensivlikli "Orion" əməliyyatı çərçivəsində təlimlərdə iştirak edib. "Şarl de Qoll" Baltik dənizindəki missiyasını yarımçıq dayandıraraq Şərqi Aralıq dənizinə yollanıb. Onun bölgədə konkret hansı əməliyyatlara qoşulacağı hələlik açıqlanmayıb. Bundan əlavə, AFP agentliyinə "Armateurs de France" Fransa Gəmiçilik Assosiasiyasından bildirilib ki, Fars körfəzində Fransa bayrağı altında üzən və ya fransız şirkətlərinə məxsus 60 gəmi ilişib qalıb. Qeyd olunub ki, bu gəmilər Hörmüz boğazından keçdikdən sonra Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən onlara "sığınacaq tapmaq" göstərişi verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər