Dünya
Tramp: "Məqsədlərə çatana qədər dayanmayacağıq"
Donald Tramp İrana qarşı hərbi əməliyyatlarla bağlı yeni videomüraciət yayıb. Oxu.Az xəbər verir ki, o, ABŞ Silahlı Qüvvələrinin yüzlərlə hədəfə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) obyektlərinə, hava hücumundan müdafiə sistemlərinə, doqquz hərbi gəmiyə və hərbi-dəniz infrastrukturlarına zərbələr endirdiyini bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, əməliyyatlar qarşıya qoyulan bütün məqsədlər əldə olunana qədər davam etdiriləcək. "Ehtimal ki, amerikalılar arasında itkilər indikindən daha çox olacaq", - deyə ABŞ prezidenti əlavə edib.
Mənbə
oxu.az