Dünya
Birləşmiş Ərəb Əmirlikləri İranla bağlı diplomatik qərar qəbul etdi
Birləşmiş Ərəb Əmirlikləri İranla bağlı diplomatik qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi rəsmi açıqlama yayıb. Açıqlamaya əsasən, BƏƏ öz səfirini geri çağırır və Tehrandakı səfirliyini bağlayır. Bildirilir ki, qərar İranın BƏƏ ərazisinə endirdiyi raket zərbələrinə cavab olaraq qəbul edilib. Həmin zərbələrin yaşayış məntəqələrini, hava limanlarını, limanları və xidmət obyektlərini hədəf aldığı vurğulanıb. Nazirlik qeyd edib ki, İranın hərəkətləri mülki şəxslərin həyatını təhlükə altına qoyur, beynəlxalq hüququ və BMT Nizamnaməsini pozur və təhlükəli, məsuliyyətsiz eskalasiya xarakteri daşıyır. BƏƏ XİN həmçinin bildirib ki, Yaxın Şərq regionu qlobal iqtisadiyyat, beynəlxalq təhlükəsizlik və sabitlik üçün risk yaradan təhlükəli mərhələyə daxil olub.
Mənbə
oxu.az