Dünya
Donald Tramp: "ABŞ İranın doqquz hərbi-dəniz gəmisini məhv edərək batırıb"
"ABŞ 9 İran hərbi-dəniz gəmisini məhv edərək batırıb". Oxu.Az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb. "Az əvvəl mənə məlumat verildi ki, biz doqquz İran hərbi-dəniz gəmisini zərərsizləşdirərək batırmışıq", - deyə Tramp qeyd edib. Onun sözlərinə görə, batırılan gəmilərdən bəziləri nisbətən iri olub və mühüm əhəmiyyət daşıyıb. "Qalanlarını təqib edirik - tezliklə onlar da dənizin dibində olacaq", - deyə ABŞ prezidenti əlavə edib. Bundan başqa, Tramp ayrıca zərbə nəticəsində İranın hərbi-dəniz qüvvələrinin qərargahının ciddi şəkildə dağıdıldığını da açıqlayıb.
Mənbə
oxu.az