Dünya

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi İran rəhbərliyini aylarla izləyibmiş - Sensasion iddia

01 Mar 2026, 21:48 2 baxış
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi İran rəhbərliyini aylarla izləyibmiş - Sensasion iddia
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bir neçə ay ərzində İranın yüksəkvəzifəli siyasi rəhbərlərini, o cümlədən Ali Lider Əli Xameneini izləyib. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, əldə olunan kəşfiyyat məlumatları İsrail tərəfinə ötürülüb. Agentlik yazır ki, bununla əlaqədar olaraq zərbələrin vaxtı uyğun şəkildə dəqiqləşdirilib və dəyişdirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər