Dünya
Tramp: "İrandakı əməliyyat zamanı 48 lider öldürülüb"
ABŞ Prezidenti Donald Tramp İrandakı hərbi əməliyyatı yüksək qiymətləndirib. Oxu.Az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına açıqlamasında danışıb. O bildirib ki, 48 lider öldürülüb. Ağ Ev rəhbəri əməliyyatın uğuruna əvvəldən çoxlarının inanmadığını vurğulayıb. Trampın sözlərinə görə, ABŞ-nin İrana qarşı əməliyyatı "qrafiki qabaqlayaraq" davam edir. Neft qiymətləri ilə bağlı suala cavab verən Tramp bildirib ki, onu heç nə narahat etmir: "Mən sadəcə düzgün hesab etdiyim işi görürəm, nəticədə hər şey alınır", - deyə o əlavə edib.
Mənbə
oxu.az