Dünya
Abbas Əraqçıdan Hörmüz boğazının mümkün bağlanması ilə bağlı AÇIQLAMA
"İran hərbi eskalasiya şəraitinə baxmayaraq, hazırda Hörmüz boğazını bağlamaq və ya bu ərazidə gəmiçiliyə mane olmaq niyyətində deyil". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib. "Hazırda Hörmüz boğazını bağlamaq niyyətimiz yoxdur və bu mərhələdə oradan keçən gəmiçiliyi pozacaq hər hansı addım atmağı planlaşdırmışırıq", - deyə o, "Al Jazeera" telekanalına bildirib.
Mənbə
oxu.az