Dünya

500 Rusiya vətəndaşı İrandan Azərbaycan vasitəsilə çıxmaq üçün qeydiyyatdan keçib

01 Mar 2026, 19:48 2 baxış
500 Rusiya vətəndaşı İrandan Azərbaycan vasitəsilə çıxmaq üçün qeydiyyatdan keçib
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi bildirib ki, hazırda İrandan Azərbaycan vasitəsilə çıxmaq üçün siyahıda 500 Rusiya vətəndaşı qeydiyyatdadır. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb. "Rusiya səfirliyi İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə çıxan Rusiya vətəndaşlarına yardım göstərir. Hazırda Azərbaycan vasitəsilə çıxış üçün siyahıda artıq təxminən 500 həmvətənimiz var", - deyə səfirlikdən bildirilib. Diplomatik nümayəndəlik həmçinin sərhədin keçilməsi üçün icazələrin operativ şəkildə verilməsi də daxil olmaqla göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər