Dünya
BƏƏ İranın hücumlarına cavab verəcək? - Nazirdən AÇIQLAMA
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın zərbələri qarşısında heç bir iş görməmək niyyətində deyil". Oxu.Az xəbər verir ki, bunu BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim əl-Haşimi CNN-ə müsahibəsində bildirib. "Biz özümüzü müdafiə etməyə hazırıq, amma ümid edirik ki, bu baş verməyəcək", - deyə o vurğulayıb. Nazir həmçinin zərurət yaranacağı halda BƏƏ-nin daha sərt tədbirlərə keçə biləcəyini də vurğulayıb.
Mənbə
oxu.az