Dünya
SAXAL 40 iranlı komandirin öldürüldüyünü iddia edir
İsrail Müdafiə Ordusu (SAXAL) fevralın 28-də İrana endirilən ilk zərbə zamanı İran hərbi komandanlığının 40-a yaxın əsas nümayəndəsinin öldürüldüyünü iddia edir. Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb. "İlkin mərhələdə 40 komandir, İran rejiminin müdafiə nazirliyinin rəhbərliyi aradan qaldırılıb", - deyə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir. "Bundan əlavə, SAXAL İranın qərbində və mərkəzində onlarla HHM qurğusunu məhv edib ki, bu da Tehran səmasında hava üstünlüyünün yaradılmasına yol açıb", - deyə məlumatda vurğulanır.
Mənbə
oxu.az