Dünya

İranın hücumu zamanı BƏƏ-də üç nəfər ölüb: Yaralananlar arasında azərbaycanlı da var

01 Mar 2026, 17:48 2 baxış
İranın hücumu zamanı BƏƏ-də üç nəfər ölüb: Yaralananlar arasında azərbaycanlı da var
Fevralın 28-də İran tərəfindən hücumun başlamasından etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) zərbələr nəticəsində üç nəfər ölüb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildiriblər ki, həlak olanlar arasında Pakistan, Nepal və Banqladeş vətəndaşları var. Müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 58 nəfərdir. Yaralananlar arasında BƏƏ, Azərbaycan, Misir, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Yəmən, Uqanda, Eritreya, Livan və Əfqanıstan vətəndaşları var.
Mənbə oxu.az

Oxşar Xəbərlər