İdman

Bəhlul Mustafazadə əməliyyat olundu

01 Mar 2026, 17:16 1 baxış
Bəhlul Mustafazadə əməliyyat olundu

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.


Axar.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.


B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər