İdman

Bəhlul Mustafazadə əməliyyat olundu - Nə vaxt meydana qayıda biləcək?

01 Mar 2026, 17:00 1 baxış
Bəhlul Mustafazadə əməliyyat olundu - Nə vaxt meydana qayıda biləcək?
"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub. Oxu.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib. B.Mustafazadənin, təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər