Dünya

İranda qırmızı "qisas bayrağı" qaldırıldı

01 Mar 2026, 15:30 2 baxış
İranda qırmızı "qisas bayrağı" qaldırıldı
İranın Qum şəhərindəki Cəmkəran məscidinin günbəzi üzərində qırmızı "qisas bayrağı" qaldırılıb. Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, bu addım ölkənin ali lideri Əli Xameneinin həlak olması ilə bağlıdır.
Bu bayrağın qaldırılması o deməkdir ki, İran rəsmən qisas almağa hazırdır. Daha əvvəl bu ritual 2025-ci ilin iyununda İsraillə "12 günlük müharibə" zamanı icra edilmişdi. Həmçinin, bayraq 2020-ci ildə SEPAH generalı Qasım Süleymaninin ABŞ qüvvələri tərəfindən öldürülməsində sonra qaldırılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər