Dünya

İlon Mask "X" platformasında tarixi aktivliyin qeydə alındığını bildirib

01 Mar 2026, 15:36 2 baxış
İlon Mask "X" platformasında tarixi aktivliyin qeydə alındığını bildirib
Amerikalı sahibkar İlon Mask fevralın 28-də "X" platformasında rekord səviyyədə aktivliyin olduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb. Maskın sözlərinə görə, fevralın 28-i sosial şəbəkənin tarixində ən aktiv gün olub. Bununla belə, sahibkar təfərrüat və rəqəmləri açıqlamayıb. Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana genişmiqyaslı zərbə endirməyə başlayıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər