Dünya

Oman sahillərində neft tankeri atəşə məruz qalıb

01 Mar 2026, 15:52 2 baxış
Oman sahillərində neft tankeri atəşə məruz qalıb
Palau bayrağı altında üzən "Skylight" neft tankeri Omanın ərazi sularında atəşə məruz qalıb. Oxu.Az xəbər verir ki, Dəniz Təhlükəsizliyi Mərkəzi hadisə nəticəsində ekipajın dörd üzvünün xəsarət aldığını bildirib. Açıqlamasda qeyd olunur ki, "Skylight" tankeri Müsəndəm əyalətinin Xasab limanından beş dəniz mili məsafədə hücuma məruz qalıb. Bildirilib ki, 15-i hindistanlı və beşi iranlı olmaqla 20 ekipaj üzvü təxliyə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər