İdman
"Böyük Dəbilqə": Turnirin son günündə Azərbaycanın altı cüdoçusu mübarizə aparacaq
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turniri bu gün başa çatır. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, yarışın son günündə Azərbaycanın altı cüdoçusu tatami üzərinə çıxacaq. Murad Fətiyev (90 kq), Mədinə Kaisinova (78 kq), Əjdər Bağırov (100 kq) 1/16 finalda yarışacaqlar. Zelim Kotsoyev (100 kq), Kənan Nəsibov və Camal Qamzatxanov (hər ikisi +100 kq) isə 1/8 finaldan mübarizəyə qoşulacaqlar. Qeyd edək ki, daha əvvəl Ömər Rəcəbli (81 kq) və Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) isə gümüş medal qazanıblar.
Mənbə
oxu.az