İdman
Azərbaycan Premyer Liqası: Lider "Sabah" "Qarabağ"la qarşılaşacaq
Misli Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq. Oxu.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq. Günün ilk matçında "Turan Tovuz" "Azersun Arena"da "İmişli"ni qəbul edəcək. "Turan Tovuz" hazırda 40 xalla üçüncü pillədə qərarlaşıb. 20 xala malik "İmişli" isə 9-cu yerdədir. Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"la üz-üzə gələcək. "Sabah" 52 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə yer alan "Qarabağ"ın isə 45 xalı var. Misli Premyer Liqası XXII tur 1 mart 16:30. "Turan Tovuz" - "İmişli" Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov VAR: Əli Əliyev AVAR: Elvin Bayramov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Anar Şixəliyev "Azersun Arena" 19:00. "Qarabağ" - "Sabah" Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov VAR: Elçin Məsiyev AVAR: Müslüm Əliyev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Emin Cəfərov Tofiq Bəhramov adına Respublika Stadionu Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.
Mənbə
oxu.az