İdman

"Barselona" Yamalın het-triki ilə "Vilyarreal"ı darmadağın etdi - VİDEO

28 Feb 2026, 22:12 1 baxış
"Barselona" Yamalın het-triki ilə "Vilyarreal"ı darmadağın etdi - VİDEO
İspaniya La Liqasının 26-cı turu çərçivəsində "Barselona" doğma meydanda "Vilyarreal"ı 4:1 hesabı ilə məğlub edib. Kataloniya təmsilçisi çempionatda liderliyini davam etdirir. Hans-Diter Flikin komandası hazırda 64 xala malikdir.
"Barselona" növbəti oyununu martın 3-də İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında keçirəcək və "Atletiko"nu qəbul edəcək. "Vilyarreal" isə 51 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Sarı sualtı qayıq" növbəti matçını martın 8-də öz meydanında "Elçe"yə qarşı keçirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər