İdman

Vinisius Junior Premyer Liqa klubunun hədəfində

28 Feb 2026, 17:26 1 baxış
Vinisius Junior Premyer Liqa klubunun hədəfində
İngiltərənin "Mançester Siti" kollektivi "Real Madrid"in aparıcı simalarından biri Vinisius Junioru heyətinə qatmağı planlaşdırır. Oxu.Az-ın məlumatına görə, "şəhərlilər" Braziliya millisinin cinah oyunçusunu komandaya qoşulmağa razı salmağa çalışırlar. Məlumata əsasən, Premyer Liqa təmsilçisi ulduz futbolçuya Madrid klubunun maaş limiti üzündən verə bilmədiyi daha cəlbedici maliyyə şərtləri və müqavilə təqdim etmək imkanına sahibdir. Xatırladaq ki, 24 yaşlı hücumçu cari mövsüm ərzində bütün yarışlarda ümumilikdə 37 matçda iştirak edib. O bu qarşılaşmalarda rəqib qapılarına 13 dəfə yol tapıb və 11 məhsuldar ötürmə müəllifi olub. Vinisius Juniorun transfer qiyməti hazırda 150 milyon avro civarında dəyərləndirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər