İdman
Çəkisini sala bilmədi, mühüm turnirdən kənarda qaldı - Hidayət Heydərov cəzalandırıldı
Hidayət Heydərovun "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin səbəbi bəlli olub. Bu barədə Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Diqqətə çatdırılıb ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Azərbaycanı -73 kq çəki dərəcəsində təmsil etməli olan Hidayət Heydərov çəkisini sala bilmədiyinə görə yarışda iştirak edə bilməyib: "Azərbaycan Cüdo Federasiyası özünün daxili nizam-intizam qaydaları çərçivəsində idmançı barədə müvafiq tədbirlər həyata keçirib". Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Cüdoçularımızdan turnirdə indiyə qədər Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıblar. Murad Nəsimi
Mənbə
oxu.az