İdman
Misli Premyer Liqası: "Şamaxı" "Neftçi"yə, "Qəbələ" "Karvan-Yevlax"a QARŞI
Bu gün Misli Premyer Liqasında XXII turun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, turun ikinci günündə iki görüş baş tutacaq. Günün ilk matçında "Şamaxı" "Neftçi" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 14:30-da çalınacaq. Günün son oyununda isə "Qəbələ" öz meydanında "Karvan-Yevlax"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç 17:00-da başlayacaq. Misli Premyer Liqası II dövrə, XXII tur 28 fevral 14:30. "Şamaxı" - "Neftçi" Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov. VAR: Cavid Cəlilov. AVAR: Pərvin Talıbov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Elgiz Abbasov. Şamaxı şəhər stadionu. 17:00. "Qəbələ" - "Karvan-Yevlax" Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov. VAR: Vüqar Həsənli. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Bəhram Qurbanov. Qəbələ şəhər stadionu.
Mənbə
oxu.az