Cəmiyyət
Sükutun danışdığı Xocalı Soyqırımı Memorialı - VİDEO
Xocalı Memorial Kompleksi dörd hissədən ibarətdir. Xocalı memorial kompleksində sükut belə danışır. İnsan addım atdıqca tarixlə üz-üzə qalır. 1992-ci ildə baş verən faciənin acısı burada hiss olunur: videolarda, şəkillərdə, məlumat lövhələrində.
Memorial kompleksin bu hissəsində Xocalı soyqırımının dünyada tanıdılması, Heydər Əliyev Fondunun Xocalı soyqırımının tanıdılmasında rolu, eyni zamanda Böyük Qayıdış planları ilə bağlı şəkillər, videomateriallar və Xocalı soyqırımını dünyada tanıtdıran heykəllərin hansı ölkələrdə nümayiş olunması ilə bağlı məlumatlar yerləşdirilib. Heydər Əliyev Fondunun nümayəndəsi Sona Qəti Baku TV-yə Xocalı Memorial Kompleksi barədə məlumat verib: "Biz Heydər Əliyev Fondunun heyəti olaraq memorialın hazırlanmasında, konsepsiyanın hazırlanmasında fəal iştirak etdiyimizə görə çox böyük qürur hissi keçiririk. Ümumiyyətlə, memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə ekspozisiya zalları yerləşir. Ziyarətçiləri girişdə "Faciənin siması" adlı instalyasiya qarşılayır. Birinci ekspozisiya zalında Xocalının tarixi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Xocalı soyqırımı ilə bağlı foto və video materiallar əks olunub. Bundan başqa, birinci ekspozisiya zalında Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsi və bu qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin mühüm rolu vurğulanır. İkinci ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində gördüyü işlər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi layihələr və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında geniş məlumatlar təqdim olunur".

Mənbə
oxu.az