Cəmiyyət
Şamaxıda yeraltı təkanlar evləri silkələdi: "Qorxudan nə edəcəyimizi bilmədik" - VİDEO
Şamaxıda zəlzələ qeydə alınıb. Fevralın 27-də saat 15:52-də baş verən zəlzələ 4.7 bal gücündə olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib. Şamaxı sakinləri də zəlzələni kifayət qədər hiss ediblər. Yeraltı təkanlar zamanı çayxanada olan sakin həmin anları Baku TV-yə belə nəql edib:
"İş yoldaşlarımızla çayxanada oturmuşduq. Bir də gördük stullar yellənir, sonra televizor silkələndi. Bir anlıq qorxuya düşdük. Gördük ki, vəziyyət pisdir, hamımız çıxdıq çölə. Qorxudan nə edəcəyimizi bilmədik. Əlimizdən nə gəlir? İnşallah istəyərik ki, bir də olmasın. Keçən dəfə də qaranlıqda oldu, evdən hamı qorxudan çıxdı". Evdə olduğu zaman zəlzələyə yaxalanan digər bir sakin isə yaşadıqlarını belə təsvir edib: "Evdə divanda oturmuşdum. Bir də hiss elədim ki, zəlzələnin sədası gəlir. Çünki bu il neçə dəfə olub zəlzələ, öyrəncəli olmuşuq. Əməlli evi silkələdi. Xeyli gözlədim ki, qayıdar, amma qayıtmadı".

Mənbə
oxu.az