Cəmiyyət

43 yaşlı həkimin ölümünə səhlənkarlıq SƏBƏB OLUB? - Rəsmi REAKSİYA

28 Feb 2026, 00:00 2 baxış
43 yaşlı həkimin ölümünə səhlənkarlıq SƏBƏB OLUB? - Rəsmi REAKSİYA
Əməliyyatdan sonra həyatını itirən Xəzər Tibb Mərkəzinin həkim-neonatoloqu Gülnarə Əkbərovanın bacısı Səkinə Əhədova onun həkim səhlənkarlığı nəticəsində öldüyünü iddia edib. Oxu.Az Bizim.Media-ya istinadən xəbər verir ki, G.Əkbərova "SAF Hospital"da dünyasını dəyişib. Hospitaldan həkimin orada öldüyü təsdiqlənib. Bildirilib ki, G.Əkbərova tibb mərkəzinə ağır vəziyyətdə gətirilib: "1983-cü il təvəllüdlü, onkoloji xəstəlikdən əziyyət çəkən pasiyent fevralın 25-də ağır vəziyyətdə digər tibb müəssisəsindən təxliyə olunub. Qəbul zamanı traxeya və traxeostoma nahiyəsindən aktiv qanaxma müşahidə olunurdu. Müayinədən sonra pasiyent reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində müşahidə zamanı qanaxma davam edib, sonradan qəfil və profuz xarakter alıb. Təxminən 1 500 ml həcmində massiv qan itkisi fonunda hemorragik şok inkişaf edib, arterial təzyiqin kəskin enməsi qeydə alınıb. Aparılan intensiv terapiya, yüksəkdozalı vazopressor və inotrop dəstək, həmçinin transfuzion və perfuzion müalicəyə baxmayaraq, arterial təzyiqin stabilləşdirilməsi mümkün olmayıb. Massiv qanaxma və proqressivləşən hemorragik şok fonunda pasiyentdə kardiopulmonar fəaliyyətin dayanması baş verib. Aparılmış bütün reanimasion tədbirlərə baxmayaraq, bioloji ölüm qeydə alınıb", - deyə xəstəxananın məlumatında bildirilir. Xəzər Tibb Mərkəzində fəaliyyət göstərən həkim-neonatoloq Gülnarə Əkbərova dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə tibb müəssisəsi məlumat yayıb. Bildirilib ki, 43 yaşlı tibb mütəxəssisi keçirdiyi cərrahi əməliyyatdan sonra səhhətinin kəskin pisləşməsi səbəbindən vəfat edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər