İdman

Avropa çempionatı: Millimiz Fransa və İtaliya ilə eyni qrupda

27 Feb 2026, 23:24 1 baxış
Avropa çempionatı: Millimiz Fransa və İtaliya ilə eyni qrupda

Mayın 27-də Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə növbəti Avropa çempionatına start veriləcək.


Axar.az xəbər verir ki, 16 komandanın iştirakı ilə keçiriləcək mötəbər turnirin final oyunu iyunun 4-də baş tutacaq.


Bu gün yarışın püşkatma mərasimi keçirilib. Nəticələrə əsasən, son dünya çempionu Azərbaycan millisi F qrupunda yer alıb. Komanda qrup mərhələsində Fransa, İtaliya və Avstriya yığmaları ilə mübarizə aparacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər