Cəmiyyət

Beş üzvü ağır xəstə olan ailə ilə bağlı qurumlar hərəkətə keçdilər

27 Feb 2026, 23:00 2 baxış
Beş üzvü ağır xəstə olan ailə ilə bağlı qurumlar hərəkətə keçdilər
Baku TV-nin Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Şahbazovlar ailəsinin ağır sosial vəziyyəti ilə bağlı hazırladığı reportajdan sonra aidiyyəti qurumlar hərəkətə keçib.
Müvafiq yardımlar göstərilib, ailə üzvləri Şirvan Şəhər Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçiriliblər. "Neçə dəfə müraciət etsək də, bizə baxan olmurdu. Sizin sayənizdə uşaqlarım bütün müayinələrdən keçdi, qan analizləri verildi. Ümid edirəm ki, dərmanları da təmin olunacaq. Sizin dəstəyinizlə balalarım müalicə alacaq", - deyə Güləmmər Şahbazova bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər