Kriminal

Güclü külək bu rayonlarda fəsadlara səbəb oldu

27 Feb 2026, 22:54 1 baxış
Güclü külək bu rayonlarda fəsadlara səbəb oldu

Biləsuvar və Cəlilabad rayonlarında əsən güclü külək bir sıra fəsadlara səbəb olub.


Axar.az-ın Report-a istinadən məlumatına görə, külək Biləsuvarın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələrə səbəb olub, bir neçə irigövdəli ağacı yerindən qoparıb.


Ağaclardan biri evin üzərinə düşüb və şəxsi tikilinin damına ziyan dəyib.


Bundan başqa külək Cəlilabad rayonunda da bəzi əraziləri işıqsız qoyub. Hazırda hər iki rayon ərazisində külək müşahidə olunur və leysan yağır.

Mənbə axar.az

Oxşar Xəbərlər