Cəmiyyət

Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı

27 Feb 2026, 20:51 2 baxış
Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı

Meyxanaçı Vahid Qədimin Ukrayna müharibəsində itkin düşməsi ilə bağlı yayılan məlumatlar yalandır.


Axar.az xəbər verir ki, bu barədə meyxanaçı Ağamirzə Məmmədov Bakupost-a açıqlamasında deyib.


“Yaxın dostu ilə danışdım. Onunla dünən gecə əlaqə saxlayıb. Hər şey qaydasındadır, normaldır. Rusiyada özünə zəng çatmır”, - deyə meyxanaçı bildirib.


Qeyd edək ki, ötən gün hərbi bloger Tofiq Şahmuradov Vahid Qədimin Ukraynada, Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşməsi barədə paylaşım etmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər