Kriminal

İmişlidə güclü yanğın başlayıb - VİDEO

27 Feb 2026, 19:46 2 baxış
İmişlidə güclü yanğın başlayıb - VİDEO
İmişli rayonunda güclü yanğın başlayıb. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə İmişli rayonu, Əlyetməzli kəndində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb ediliblər. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər