İdman
"Kəpəz"in bəyənmədiyi müdafiəçini "Valensiya" transfer etdi - FOTO
Qış fasiləsində "Kəpəz" sıralarını tərk edən Pedro Qomeş karyerasını harada davam etdirəcəyinə aydınlıq gətirib. Oxu.Az-ın məlumatına görə, 22 yaşlı oyunçu İspaniya La Liqasında mübarizə aparan "Valensiya" klubu ilə rəsmi anlaşma əldə edib. Portuqaliyalı futbolçu ilkin mərhələdə "Valensiya"nın B komandasında forma geyinəcək. Tərəflər arasında bağlanan müqavilənin müddəti 2 illikdir. Xatırladaq ki, cari mövsümün startında "Boavişta"dan Gəncə təmsilçisinə transfer olunan müdafiəçi baş məşqçi Azər Bağırovun oyun sisteminə uyğun gəlmədiyi əsas gətirilərək komandadan uzaqlaşdırılmışdı.
Mənbə
oxu.az