Kriminal

Adı Ginnesə düşən azərbaycanlı dənizdə batdı

27 Feb 2026, 18:32 1 baxış
Adı Ginnesə düşən azərbaycanlı dənizdə batdı

Lənkəranın Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadənin meyiti dənizdə tapılıb.


Axar.az Report-a istinadla xəbər verir ki, onun bir neçə gün əvvəl dənizdə batdığı bildirilirdi.


Qeyd edək ki, Ələsgər Həsənzadə dünyada Ginnesin rekordlar kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medalla və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib. O, həmçinin Ginnesin rekordlar kitabında fəxri üzv kimi qeydə alınıb.


Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə "press" deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.

Mənbə axar.az

Oxşar Xəbərlər