İdman
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin rəqibləri bəlli oldu
İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Oxu.Az xəbər verir ki, keçirilən püşkatmaya 1/4 final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizəni davam etdirən 16 klub qatılıb. UEFA Konfrans Liqası 1/8 final mərhələsi "Kristal Pelas" (İngiltərə) - "AEK Larnaka" (Kipr); "Siqma Olomouts" (Çexiya) - "Maynts 05" (Almaniya); "Samsunspor" (Türkiyə) - "Rayo Valyekano" (İspaniya); "Lex" (Polşa) - "Şaxtyor" (Ukrayna); "AZ Alkmar" (Niderland) - "Sparta" (Çexiya); "Selye" (Sloveniya) - AEK (Yunanıstan)"; "Riyeka" (Xorvatiya) - "Strasburq" (Fransa); "Fiorentina" (İtaliya) - "Rakuv" (Polşa). Qeyd edək ki, bu raundun matçları martın 12-si və 19-da keçiriləcək.
Mənbə
oxu.az