Cəmiyyət
Zaqatalada hotelin fəaliyyəti dayandırılıb - VİDEO
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Zaqatala şəhərində yerləşən "Zaqatala" hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki: - obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib; - elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib; - obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından, habelə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib; - elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib; - obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb; - obyektin ərazisində Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan tikinti-quraşdırma işləri aparılıb. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş "Zaqatala" mehmanxanasının fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub və bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
{{gallery}}

Mənbə
oxu.az