Cəmiyyət

Daha bir avtobus yenilənir: Gediş haqqı...

27 Feb 2026, 17:24 2 baxış
Daha bir avtobus yenilənir: Gediş haqqı...

Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək.


Axar.az AYNA-ya istinadən xəbər verir ki, marşrut xəttində nisbətən yeni ortatutumlu “Karsan” markalı avtobuslar fəaliyyət göstərəcək.


13 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.


Avtobuslarda ödəniş nağdsız qaydadadır.


Gediş haqqı 0,50 AZN müəyyən edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər