İdman

Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı

27 Feb 2026, 16:34 1 baxış
Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.


Axar.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.


Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar müəyyənləşib:


"Ferentsvaroş" (Macarıstan) - "Braqa" (Portuqaliya)


"Genk" (Belçika) - "Frayburq" (Almaniya)


"Ştutqart" (Almaniya) - "Portu" (Portuqaliya)


"Bolonya" (İtaliya) - "Roma" (İtaliya)


"Panatinaikos" (Yunanıstan) - "Betis" (İspaniya)


"Selta" (İspaniya) - "Lion" (Fransa)


"Nottinqem Forest" (İngiltərə) - "Midtyullann" (Danimarka)


"Lill" (Fransa) - "Aston Villa" (İngiltərə).


Qeyd edək ki, bu raundun matçları martın 12-si və 19-da keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər