Cəmiyyət

Güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişli

27 Feb 2026, 16:55 2 baxış
Güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişli

Şamaxıda baş verən zəlzələ avtoşok hesab olunur, xırda təkanlar yenidən gözlənilir.


Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.


O bildirib ki, enerji tam boşalıb fon səviyyəsinə gələnədək xırda təkanlar olmalıdır.


"Zəlzələnin daha güclü olma ehtimalına inanmıram. Bakı, Sumqayıt ətrafında isə zəlzələ gözlənilmir".


Qeyd edək ki, bu gün Şamaxıda 5 bala yaxın zəlzələ qeydə alınıb.

Mənbə axar.az

Oxşar Xəbərlər