İdman
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü bu gün atılır
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bu raundda Liqa mərhələsini ilk 8-likdə başa vuran komandalar və pley-offun qalibləri iştirak edəcəklər. "Lion", "Aston Villa", "Midtyulland", " Real Betis", "Portu", "Braqa", "Frayburq", "Roma" Liqa mərhələsini ilk 8 sırada bitirən komandalardır. "Genk", "Bolonya", "Ştutqart", "Ferentsvaroş", "Nottingem Forest", "Selta", "Lill", "Panatinaikos" isə pley-off mərhələsində qalib gələrək 1/8-ə yüksələn klublardır. Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 12-də və 19-da keçiriləcək.
Mənbə
oxu.az