İdman

"Qarabağ" ukraynalı futbolçusu ilə bağlı iddialara aydınlıq gətirib

27 Feb 2026, 12:46 1 baxış
"Qarabağ" ukraynalı futbolçusu ilə bağlı iddialara aydınlıq gətirib
Ukrayna klubları Aleksey Kaşuk üçün "Qarabağ"a rəsmi təklif göndərməyib. Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Ağdam klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov məlumat verib. "Ukraynanın heç bir klubundan Kaşuk üçün rəsmi transfer təklifi almamışıq", - deyə klub rəsmisi bildirib. Aleksey Kaşuk 2024-cü ildən "Qarabağ"ın formasını geyinir. O bu müddətdə Azərbaycan çempionatında 67 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə Çempionlar Liqasında 8 matçda iştirak edən futbolçu bir qola imza atıb. Ukraynalı yarımmüdafiəçi həmin oyunların yalnız birində start heyətində yer alıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər