Digər
Nadir Novruzov: "Dövlət qurumlarında 450 milyona yaxın zərərli keçidin qarşısı alınıb"
"Ötən il "AzStateNet" şəbəkəsinə qoşulan dövlət qurumlarında 450 milyona yaxın zərərli keçidin qarşısı alınıb". Oxu.Az xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov "İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi" mövzusunda keçirilən tədbirdə deyib. O vurğulayıb ki, 2025-ci ildə 90 minə yaxın zərərli fayl aşkar olunub və son ünvanına çatmasının qarşısı alınıb: "2025-ci il ərzində müxtəlif dövlət tədbirləri və digər mühüm proseslər zamanı dövlət informasiya sistemlərinə qarşı çoxsaylı DDOS hücumları müşahidə edilib. Bu hücumlar, demək olar ki, gündəlik əsasda həyata keçirilib. Ötən ilin ikinci yarısında dövlət qurumlarına 1 Gb/s və daha yüksəkhəcmli 18 DDoS hücumu qeydə alınıb və onların qarşısı alınıb. Mərkəzləşdirilmiş elektron poçt (imeyl) sistemi vasitəsilə 2025-ci ildə 17 milyondan çox məktub qəbul edilib". Bundan başqa, vurğulanıb ki, 2025-ci ildə dövlət qurumlarının adından və fişinq kampaniyalarında istifadə olunan 40-a yaxın saxta domen aşkarlanaraq bloklanıb. Məlik Məlikov
Mənbə
oxu.az