İdman
Dünya çempionatına 25 gün qaldı: BELÇİKA - "Qırmızı şeytanlar" - VİDEO
Futbol üzrə Belçika millisi ardıcıl dördüncü, ümumilikdə isə 15-ci dəfə dünya çempionatı səhnəsinə çıxmağa hazırlaşır. İlk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək 2026-cı il turnirinə vəsiqə qazanan "Les Diables Rouges" (Qırmızı şeytanlar) 2018-ci ildə Rusiyada əldə etdikləri bürünc medallı tarixi uğuru təkrarlamaq, hətta yeniləmək əzmindədirlər. Qərbi Avropa təmsilçilərinin bu hədəfə çatması qrup mərhələsində sensasiyalı şəkildə mübarizəni dayandırdıqları Qətər-2022-nin acı xatirələrini silmək üçün mükəmməl bir fürsət olacaq. Oxu.Az Belçika futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
Domeniko Tedeskonun istefasından sonra 2025-ci ilin yanvarında milli komandanın sükanı arxasına keçən Rudi Qarsiyanın əsas vəzifəsi vəziyyəti sabitləşdirmək və komandanı yenidən yüksəlişə keçirmək idi. Fransız mütəxəssisin beynəlxalq arenadakı ilk sınağı mart ayında UEFA Millətlər Liqasının pley-off mərhələsində Ukraynaya qarşı ikioyunluq duel olmuşdu. İlk görüşdə 1:3 hesablı sarsıdıcı məğlubiyyətlə üzləşən Qarsiya və tələbələri üçün Genkdəki cavab matçı həlledici xarakter daşımışdı. Doğma azarkeşlərinin coşqulu dəstəyi və iki qolun müəllifi Romelu Lukakunun möhtəşəm oyunu sayəsində Belçika 3:0 hesablı inamlı qələbə qazanaraq A Liqasındakı yerini qorumuşdu. Bu vacib qələbə Tedeskonun sönük dövründən sonra Belçika düşərgəsinə müsbət atmosfer gətirmişdi. Aylar sonra isə Qarsiya DÇ-2026-ya vəsiqəni təmin edərək qarşısına qoyulan əsas məqsədə çatmışdı. Beynəlxalq səviyyədə nisbətən yeni olsa da, fransız məşqçi klub futbolunda zəngin təcrübəyə malikdir. Onun karyerasının ən parlaq anlarından biri 2010/11 mövsümündə "Lill"lə həm Liqa 1, həm də Fransa Kubokunu qazanmasıdır. O, daha sonra "Roma", "Marsel" və "Lion" kimi klubları çalışdırmış və "Napoli"dəki qısamüddətli fəaliyyətindən sonra "Qırmızı şeytanlar"ın baş məşqçisi təyin edilmişdi. Belçikanın ilk dünya çempionatı "Qırmızı şeytanlar" qlobal səhnədə ilk addımlarını 1930-cu ildə keçirilən dünya çempionatının açılış turnirində atmışdılar. ABŞ-yə 0:3 və Paraqvaya 0:1 hesabı ilə məğlub olan Belçika qrup mərhələsində mübarizəni dayandırmışdı. Böyük uğur qazanılmasa da, Hektor Qutinkin komandası ölkənin gələcək mundiallardakı iştirakının təməlini qoyan qabaqcıllardan biri kimi tarixə düşmüşdü. Belçikanın sonuncu dünya çempionatı Roberto Martinesin yetirmələri 2022-ci il dünya çempionatında böyük ümidlərlə yola çıxsalar da, F qrupundan çıxa bilməmişdilər. Belçika turnirə Mişi Batşuayinin dəqiq zərbəsi sayəsində Kanada üzərində 1:0 hesablı qələbə ilə başlamışdı. Lakin Avropa təmsilçisi ikinci matçda Mərakeşə 0:2 hesabı ilə məğlub olaraq vəziyyətini çətinləşdirmişdi. Xorvatiya ilə həlledici matçda qeydə alınan qolsuz heç-heçə 2018-ci ilin bürünc mükafatçılarının turnirlə vidalaşması ilə nəticələnmişdi. Ərəb torpaqlarındakı bu məyusedici nəticə ölkənin əfsanəvi "qızıl nəslinin" erasının başa çatdığından xəbər vermişdi.
Belçika DÇ-2026-ya vəsiqəni necə qazanıb? Belçikalılar UEFA seçmə mərhələsinin J qrupunu lider kimi başa vurmuşdular. Qarsiyanın rəhbərliyi altında komanda səkkiz oyunda beş qələbə qazanmış və üç dəfə heç-heçə etmişdi. Şimali Amerikaya bilet isə qrup mərhələsinin son matçında Lixtenşteyn üzərində qazanılan 7:0 hesablı rahat qələbə ilə rəsmiləşmişdi.
DÇ-2026-da Belçikanın oyun cədvəli (Bakı vaxtı ilə) Belçika DÇ-2026-da G qrupunda Yeni Zelandiya, Misir və İran millilərinə qarşı mübarizə aparacaq. G qrupu: 15 iyun, 23:00, Belçika - Misir (Sietl stadionu); 21 iyun, 23:00, Belçika - İran (Los-Anceles stadionu); 27 iyun, 07:00, Yeni Zelandiya - Belçika (Vankuver stadionu).
Belçikanın dünya çempionatlarında ən çox qol vuran oyunçuları Məhsuldar hücumçular Mark Vilmots və Romelu Lukaku hərəyə beş qolla Belçikanın dünya çempionatı tarixində ən yaxşı bombardirləridir. Keçmiş hücumameyilli ulduz Vilmots bu nəticəyə dörd turnirdə cəmi səkkiz oyuna çıxaraq nail olub. 1990-cı və 1994-cü illərdəki turnirlərdə az şans qazanan "Şalke"nin sabiq futbolçusu 1998-ci ildə Fransada Meksika ilə 2:2 hesablı bərabərliklə bitən matçda dubl edib, dörd il sonra isə Yaponiya və Koreya Respublikasının ev sahibliyi etdiyi turnirdə qrupun hər üç oyununda fərqlənməyi bacarıb.
Ölkəsinin bütün dövrlər üzrə ən yaxşı bombardiri olan Lukaku isə qlobal səhnədə 12 matçda beş dəfə rəqib qapılarına yol tapıb. Antverpen doğumlu hücumçu ilk qolunu 2014-cü ildə Braziliyada 1/8 finalda ABŞ-yə qarşı (2:1) əlavə vaxtda meydana daxil olduqdan sonra mükəmməl zərbə ilə vurub. 2018-ci ildə Rusiyada isə o, altı matçda dörd dəfə fərqlənərək "Qırmızı şeytanlar"ın Panama və Tunisə qarşı ilk iki qrup oyununda dubl müəllifi olub.
Belçikanın dünya çempionatlarında ən çox oyun keçirən futbolçuları Meydanın mərkəzindəki oyun qurucusu, əfsanəvi Enzo Şifo Belçika futbol tarixinin ən istedadlı adlarından biri hesab olunur. Qüsursuz texnikası və oyungörmə qabiliyyəti ilə seçilən Şifo ən çətin matçlarda belə komandasının xilaskarına çevrilə bilirdi. Milli komandada debütünü 18 yaşında edən sabiq futbolçu 1986-98-ci illər aralığında keçirilən dörd dünya çempionatında düz 17 dəfə meydana çıxaraq ölkəsinin bu göstərici üzrə rekordçusudur.
"Anderlext" akademiyasının yetirməsi, xüsusilə 1986-cı ildə Meksikada parlamış və komandasının yarımfinala qədər irəliləməsində pay sahibi olaraq turnirin ən yaxşı gənc oyunçusu seçilmişdi. Dörd il sonra o, Belçikanın 1/8 finala yüksəlməsində yenidən mühüm rol oynamışdı. Qrup mərhələsində Uruqvayın qapısından keçirdiyi "uzaqmənzilli" qol turnirin ən gözəl zərbələrindən biri kimi yadda qalmışdı. Şifo Fransada keçirilən DÇ-1998-dən sonra milli komanda karyerasını 84 oyun və 18 qolla başa vurmuşdu.
Belçikanın dünya çempionatındakı yaddaqalan anları Belçika millisinin 1986-cı il heyəti Meksikada dördüncü yeri tutaraq ölkənin futbol tarixinə qızıl hərflərlə yazılıb. İlk oyunda ev sahiblərinə 2:1 hesabı ilə uduzan komanda toparlanaraq İraqı eyni hesabla məğlub etmiş və Paraqvayla 2:2 hesablı bərabərə qalaraq ən yaxşı üçüncü yer sahiblərindən biri kimi növbəti mərhələyə adlamışdı. 1/8 finalda Sovet İttifaqı ilə gərgin keçən və iki dəfə hesabda geriyə düşdükləri matçda "Qırmızı şeytanlar" əlavə vaxtda 4:3 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlmişdilər. Şifo və komanda yoldaşlarının növbəti rəqibi İspaniya olmuşdu. 120 dəqiqəsi 1:1 hesabı ilə başa çatan trilleri belçikalılar penaltilər seriyasında qazanmışdılar. Komandanın çempionluq xəyallarına yarımfinalda Dieqo Maradonanın ilhamlandırdığı Argentina son qoymuşdu. Əfsanəvi kapitanın dublu gələcək çempionlara 2:0 hesablı qələbə qazandırmışdı. Üçüncülük uğrunda matçda isə Fransa əlavə vaxtda Belçikanı 4:2 hesabı ilə məğlub etmişdi.
Üç onillikdən artıq bir müddət ərzində 1986-cı il nəslinin qazandığı dördüncü yer Belçikanın dünya çempionatlarındakı ən böyük nailiyyəti olaraq qalmışdı. Belçikalı azarkeşlər bu rekordu qırmaq üçün 2018-ci ilə qədər gözləməli olmuşdular. Qrup mərhələsini inamla keçən Martinesin komandası 1/8 finala yüksək əhvali-ruhiyyə ilə yollanmışdı. Lakin Yaponiya ilə qarşılaşmanın 52-ci dəqiqəsində 0:2 hesabı ilə geriyə düşən avropalılar uçurumun kənarından qayıdaraq son saniyələrdə möhtəşəm bir geridönüşə imza atmışdılar. 1/4 finalda beşqat dünya çempionu Braziliya ilə qarşılaşan Belçika kollektiv gücü və Tibo Kurtuanın çərçivədəki qəhrəmanlığı sayəsində rəqibini 2:1 hesabı ilə məğlub edərək turnirdə şok effekti yaratmışdı. Yarımfinal mərhələsi isə yenə də Belçika üçün keçilməz sədd olmuşdu. Komanda gələcək çempion Fransaya minimal hesabla (0:1) məğlub olmuşdu. Buna baxmayaraq, "Qırmızı şeytanlar" məyusluğu kənara qoymuş və bürünc medal uğrunda matçda İngiltərəni turnirdə ikinci dəfə məğlub etmişdilər. Bu tarixi üçüncü yer Belçika futbolunun qlobal səhnədəki ən parlaq anı kimi tarixə həkk olunmuşdu.
Belçika millisi Şimali Amerikaya keçmişin ağır çempionluq təzyiqindən qurtulmuş, daha ac və istəkli bir komanda kimi yollanır. Görəsən, "Qırmızı şeytanlar" builki turnirin əsas sürpriz favoriti olmağı bacaracaqlar?

Mənbə
oxu.az
Oxşar Xəbərlər