İdman

UEFA Çempionlar Liqasında püşkatma günü: Rəqiblər bəlli olurlar

27 Feb 2026, 10:52 1 baxış
UEFA Çempionlar Liqasında püşkatma günü: Rəqiblər bəlli olurlar
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. "Arsenal", "Bavariya", "Liverpul", "Tottenhem", "Barselona", "Çelsi", "Sportinq", "Mançester Siti" Liqa mərhələsini ilk 8 sırada bitirən komandalardır. "Real Madrid", PSJ, "Nyukasl Yunayted", "Atletiko Madrid", "Atalanta", "Bayer Leverkuzen", "Qalatasaray", "Budyo Qlimt" isə pley-off mərhələsində qalib gələrək 1/8-ə yüksələn klublardır. Potensial cütlər aşağıdakı kimidir: "Arsenal" - "Atalanta"/"Bayer Leverkuzen" "Bavariya" - "Bayer Leverkuzen"/"Atalanta" "Liverpul" - "Qalatasaray"/"Atletiko Madrid" "Tottenhem" - "Qalatasaray"/ "Atletiko Madrid" "Barselona" - "Nyukasl Yunayted" / PSJ "Çelsi" - PSJ / "Nyukasl Yunayted" "Sportinq" - "Real Madrid" / "Budyo Qlimt" "Mançester Siti" - "Real Madrid" / "Budyo Qlimt" "Nyukasl Yunayted" - "Çelsi"/ "Barselona" PSJ - "Barselona"/Çelsi" "Atletiko Madrid" - "Liverpul"/ "Tottenhem" "Qalatasaray" - "Liverpul"/"Tottenhem" "Budyo Qlimt" - "Mançester Siti"/"Sportinq" "Real Madrid" - "Mançester Siti"/Sportinq" "Atalanta" - "Arsenal"/"Bavariya" "Bayer Leverkuzen" - "Bavariya"/"Arsenal" Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.
UEFA Çempionlar Liqasında püşkatma günü: Rəqiblər bəlli olurlar
Mənbə oxu.az

Oxşar Xəbərlər