Dünya

Yaxın Şərqdə kritik gediş: 48 qırıcı ilə yüklənmiş ABŞ aviadaşıyıcısı İsrailə çatır

27 Feb 2026, 01:36 2 baxış
Yaxın Şərqdə kritik gediş: 48 qırıcı ilə yüklənmiş ABŞ aviadaşıyıcısı İsrailə çatır
ABŞ-nin "USS Gerald R. Ford" aviadaşıyıcısı İsrail sahillərinə doğru istiqamət alıb. Oxu.Az bildirir ki, bu barədə "TV7 Israel News" telekanalı məlumat yayıb. Məlumata görə, gəminin cümə günü axşam saatlarında İsrailin şimalında yerləşən Hayfa limanına daxil olması planlaşdırılır. Yunanıstan KİV-in məlumatına əsasən, aviadaşıyıcı bazar ertəsindən etibarən yerləşdiyi Krit adasındakı "Suda" hərbi-dəniz bazasını tərk edərək Yaxın Şərq istiqamətində hərəkətə başlayıb. "USS Gerald R. Ford"un göyərtəsində dörd eskadrilyadan ibarət 48 ədəd "F/A-18 Super Hornet" döyüş təyyarəsi yerləşir.
Mənbə oxu.az

Oxşar Xəbərlər