Maraqlı

Mütəxəssis rəyi: "İnsanlar 25 yaşdan etibarən qocalmağa başlayırlar"

26 Feb 2026, 05:20 1 baxış
Mütəxəssis rəyi: "İnsanlar 25 yaşdan etibarən qocalmağa başlayırlar"
"İnsanın qocalması 25 yaşından başlayırlar". Oxu.Az "RIA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu fikri Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin rəhbərinin birinci müavini Tatyana Yakovleva səsləndirib. "İstəsək də, istəməsək də, yaşlanma prosesi 25 yaşdan başlayır", - deyə Yakovleva bildirib. Onun sözlərinə görə, dünyada qocalmanın əlamətləri və mexanizmləri ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur. Mütəxəssis bu nəzəriyyələr arasında metabolik pozuntuları, sarkopeniyanı (əzələ kütləsinin azalması) və "zombi-hüceyrələr" kimi tanınan qocalmış hüceyrələrin yaranmasını xüsusi qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər