Digər

Norveç kralı İspaniyada xəstəxanaya yerləşdirildi

25 Feb 2026, 10:29 2 baxış
Norveç kralı İspaniyada xəstəxanaya yerləşdirildi

Norveç kralı Harald İspaniyanın Tenerife adasında infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” kral sarayına istinadla məlumat yayıb.


Məlumata görə, həyat yoldaşı Kraliça Sonya ilə tətildə olan 89 yaşlı kralın hazırda vəziyyətinin yaxşı olduğu bildirilib.


Qeyd edək ki, Avropanın sağ qalan ən yaşlı monarxı Harald 1991-ci ildən bəri Norveçin kralıdır.

Mənbə axar.az

Oxşar Xəbərlər