Maraqlı

İstirahətsiz iş həyatı məhv edir: Rusiyalı psixoloqdan XƏBƏRDARLIQ

25 Feb 2026, 07:31 1 baxış
İstirahətsiz iş həyatı məhv edir: Rusiyalı psixoloqdan XƏBƏRDARLIQ
"Çoxları istirahət etmədən işləməyin uğurun açarı olduğuna inanır. Lakin həddindən artıq işləmək orqanizmi sıradan çıxarır". Oxu.Az xəbər verir ki, bu fikirləri kp.ru-ya müsahibəsində rusiyalı psixoloq Dmitri Deulin səsləndirib. "Həddindən artıq yüklənmə insanı o qədər yorur ki, 35-40 yaşına çatdıqda psixofizioloji aşınma başlayır. İnsanlar normal işləmək qabiliyyətlərini itirirlər. Saxta məhsuldarlığın zərəri çox böyükdür: xroniki yorğunluq, peşəkar tükənmə, stres, psixosomatik pozuntular və çox vaxt alkoqolizmə meyil. Bundan əlavə, həddindən artıq işgüzarlıq ailə münasibətlərinə də mənfi təsir göstərir: yaxınlarla münaqişələr, anlaşılmazlıqlar, nikahların pozulması və emosional təcrid halları artır", - deyə psixoloq bildirib. Mütəxəssis bəzi hallarda işəgötürənlərin də insan sağlamlığına zərər vurduqlarını qeyd edib: "Bir çox hallarda menecerlər yüksək işgüzarlığı əsas götürərək əməkdaşları həddindən artıq işlətməyə çalışırlar. İşəgötürənlər uzunmüddətli sağlamlıq nəticələrini nəzərə almadan, qısamüddətli mənfəəti üstün tuturlar".
Mənbə oxu.az

Oxşar Xəbərlər