Digər

ABŞ Hind okeanında nəhəng tankeri ələ keçirdi - Video

24 Feb 2026, 19:03 2 baxış
ABŞ Hind okeanında nəhəng tankeri ələ keçirdi - Video

ABŞ Hərbi Dəniz Qüvvələri Hind okeanında "Berta" tankerini ələ keçirib.


Axar.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.


Məlumata görə, əməliyyat Venesuela və ABŞ sanksiyalarına məruz qalan ölkələrlə əlaqəli gəmilərə qarşı tətbiq edilən dəniz blokadası çərçivəsində həyata keçirilib.


Qeyd olunur ki, Kuk adaları bayrağı altında üzən tanker Karib dənizindən çıxdığı andan izlənilib və Hind okeanı bölgəsində dayandırılıb. ABŞ qüvvələri maneəsiz olaraq tankeri yoxlayıb və ələ keçirib.

Mənbə axar.az

Oxşar Xəbərlər