Kriminal

Şəkidə yaşayış binasında yanğın: 10 nəfər təxliyə olundu

23 Feb 2026, 23:06 1 baxış
Şəkidə yaşayış binasında yanğın: 10 nəfər təxliyə olundu

Şəkidə yaşayış binasında yanğın olub.


Axar.az Azərtac-a istinadən xəbər verir ki, hadisə M.Ə. Rəsulzadə prospektində yerləşən beşmərtəbəli binada qeydə alınıb. Tural İsmayılova məxsus üçotaqlı mənzildə baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb. Yanğınsöndürənlər tüstülənmənin artmasını nəzərə alıb binada yaşayan 10 nəfəri təhlükəsiz əraziyə təxliyə edib.


Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma başlanılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər