Cəmiyyət

Paytaxtın bəzi küçələrində hərəkət tam məhdudlaşdırılacaq

23 Feb 2026, 20:48 2 baxış
Paytaxtın bəzi küçələrində hərəkət tam məhdudlaşdırılacaq
Təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq, 23 fevral saat 23:00-dan 25 fevral saat 20:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsinin Qaçaq Nəbi küçəsindən Nizami rayonu, Məmmədəli Şərifli küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər