Kriminal
Sosial şəbəkədə qeyri-etik hərəkətlərinə görə dörd nəfər HƏBS OLUNDU
İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş altı nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub. Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onlardan dördü barəsində inzibati həbs, ikisi barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub. "Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdankənar və ya nəzarətsiz bir zona deyil. Ona görə də vətəndaşlarımızı, xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativ davranışlardan uzaq durmağa, internet resurslarından istifadə zamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayət etməyə səsləyirik", - məlumatda qeyd edilib.
Mənbə
oxu.az